Saf Alüminium səthli izolyasiya (100sm)
0.22mm qalınlığında saf alüminium səthli izolyasiya lenti, müxtəlif səthlərdə su və səs izolyasiyası üçün effektiv həll təqdim edir. Öz-özünə yapışan xüsusiyyəti sayəsində taxta, metal, plastik, şüşə, suvaq və beton kimi materiallara asanlıqla tətbiq edilə bilər. Günəşin zərərli ultrabənövşəyi şüalarına qarşı davamlıdır və elastikliyi sayəsində əyri səthlərə də uyğunlaşır. Standart ölçülərdə mövcuddur və müxtəlif rəng seçimləri ilə təqdim edilir.
Məhsul ölçü və həcm məlumatı

Məhsulun rulon uzunluğu 10 m, eni isə 5sm-dən 120sm-ə qədər seçimi mümkündür.
Məhsulun standart ölçüsü 13,3sm və 15sm olmaqla, qutu içində 4 ədəddir.
Qutuya yalnız 60 sm-ə qədər enində olan məhsulların qoyulması mümkündür.
Xüsusiyyətlər | Membran | Alüminium folqa | Saf Alüminium | Saf Alüminium |
Üst təbəqə qalınlığı | 0,03 mm | 0,05 mm | 0,07 mm | 0,22 mm |
Dözümlülük müddəti | 1 ildən 3 ilədək | 3 ildən 5 ilədək | 8 ildən 10 ilədək | 13 ildən 15 ilədək |
İstifadə sahəsi | Qapalı | Açıq, Qapalı | Açıq, Qapalı | Açıq, Qapalı |
UV Davamlılığı | Aşağı | Orta | Yüksək | Yüksək |
Yapışma gücü | 250N / 5sm | 250N / 5sm | 250N / 5sm | 250N / 5sm |
Ağırlıq | 1,55 kq / m2 | 1,55 kq / m2 | 1,55 kq / m2 | 1,55 kq / m2 |
Paketləmə növü | Rulon | Rulon | Rulon | Rulon |
SAF ALÜMİNİUM TƏBƏQƏLİ İZOLYASİYA ÜSTÜNLÜKLƏRİ
- Daha Uzunömürlülük
- Daha Yüksək keyfiyyət
- Oda davamlılıq
- UV Şüalara qarşı
- Rahat tədbiq
- Möhkəm yapışqanlıq
- Hər fəsilə uyğun
Mirizobant məhsulları bol çeşid və hər büdcəyə uyğun olmaqla yüksək keyfiyyət ilə hər sahəyə uyğun izolyasiya üçün əlverişlidir.
Mirizobant ilə izolyasiya daha rahatdır.

Marka |
Mirizobant |
---|---|
Rəng |
Alüminium |
Eni |
100SM |
Rulon uzunluğu |
10M |
Üst təbəqə |
Saf Alüminium |
Üst təbəqə qalınlığı |
0,22MM |
Tərkibi |
Bitum tərkibli yapışdırıcı qarışıq |
Dözümlülük müddəti |
13 ildən 15ilədək |
Dözümlülük temperaturu aralığı |
-30°C-dən +80°C-ə qədər |
Qısa müddətli dözümlülük |
+100°C-ə qədər |
İstifadə mühiti |
Açıq sahə ,Qapalı sahə |
UV davamlılığı |
Yüksək səviyyədədir |
Oda davamlılığı |
Yüksək səviyyədədir |
0,22 mm Saf Alüminium təbəqəli Polimer Bitum tərkibli yapışdırıcı qarışıqdan ibarət izolyasiya lentinin
Texniki göstəriciləri
1. İstilik və Soyuğa davamlılıq
• Dözümlülük temperaturu aralığı: -30°C-dən +80°C-ə qədər.
• Qısa müddətli dözümlülük: +100°C-ə qədər.
• Soyuğa davamlılıq: -30°C temperaturda material elastikliyini və yapışqanlığını saxlayır.
2. Çürümə və Qalıcılıq müddəti
• Dözümlülük müddəti: 13 ildən 15 ilədək (dəqiq qalıcılıq müddəti tətbiq mühitindən və şərtlərindən asılıdır).
• UV davamlılığı: Yüksək səviyyədədir. Günəşin birbaşa təsiri ilə istifadə zamanı əlavə qoruyucu tədbirlər tələb oluna bilər.
• Oda davamlılığı: Yüksək səviyyədədir. Saf Alüminium təbəqə yanmır, alışmır.
• Kimyəvi dayanıqlıq: Turşu və qələvi təsirlərinə qarşı yüksək müqavimət göstərir.
3. Yapışma və Soyulma xüsusiyyətləri
• Adheziya (yapışma gücü): 20-25 N/cm².
• Soyulma müqaviməti: Yüksəkdir və sınaqlarda uzun müddət dayanıqlıq nümayiş etdirir.
• Yapışqanlıq səviyyəsi: Çox güclü, bir çox səthlərlə (metal, beton, plastik və s.) mükəmməl uyğunlaşır.
4. Mexaniki xüsusiyyətlər
• Alüminium təbəqə qalınlığı: 0,22 mm.
• Mexaniki davamlılıq: Yırtılma və çatlama müqaviməti yüksəkdir.
• Dartılma müqaviməti: Alüminiumun 1050 növü və H0 möhkəmlik səviyyəsi sayəsində yüksək
dartılma müqaviməti göstərir.
5. Su və Hava keçirməzlik
• Tam su keçirməz: Yüksək rütubət və su ilə təmasda effektiv izolyasiya təmin edir.
• Hava keçirməz: Sıx örtük sistemi yaradaraq dam örtüyündə sızmanın qarşısını alır.
Əlavə Xüsusiyyətlər
• Tətbiq rahatlığı: Lent yüngül və elastik olduğu üçün tətbiqi çox asandır.
• Quraşdırma: Hər növ dam örtüyü materialına uyğun gəlir. İsti və soyuq şəraitdə tətbiq zamanı
yapışqanlıq xüsusiyyətlərini saxlayır.
• Ekoloji uyğunluq: Çox sərt ekoloji şəraitlərdə uzun müddət dayanıqlılıq göstərə bilər, lakin ekstremal UV təsirlərində qoruyucu qatların əlavə olunması tövsiyə olunur.
Bu texniki göstəricilər məhsulun tətbiq sahəsinə uyğun uzunmüddətli və effektiv istifadəsini təmin edir.
İstifadədən əvvəl istehsalçının texniki məlumat vərəqəsinə baxılması məsləhət görülür.
TDS YÜKLƏ: Mirizobant Texniki Göstəricilər