Saf Alüminium səthli izolyasiya (120sm)

0.22mm qalınlığında və 120sm enində saf alüminium səthli izolyasiya lenti, müxtəlif səthlərdə su və səs izolyasiyası üçün effektiv həll təqdim edir. Öz-özünə yapışan xüsusiyyəti sayəsində taxta, metal, plastik, şüşə, suvaq və beton kimi materiallara asanlıqla tətbiq edilə bilər. Günəşin zərərli ultrabənövşəyi şüalarına qarşı davamlıdır və elastikliyi sayəsində əyri səthlərə də uyğunlaşır. Yanğına qarşı yüksək davamlıdır, Alışmır, Ərimir.
Standart ölçülərdə mövcuddur və müxtəlif rəng seçimləri ilə təqdim edilir.

Bu izolyasiya lenti, SBS (Sintetik Kauçuk) əsaslı bitumdan istehsal edildiyi üçün hər iqlim şəraitində elastikliyini qoruyur və çatlamır. Arxa tərəfi çıxarıla bilən PE film ilə örtülüdür, bu da tətbiqi asanlaşdırır. Məhsul, divarlar, parapetlər, baca dibləri, karnizlər, dam örtükləri və digər sahələrdə istifadə üçün uyğundur.

Məhsul ölçü və həcm məlumatı

9003-15sm-ag-aliminiumfolqali-izobant-mirizobant

Məhsulun rulon uzunluğu 10 m, eni isə 5sm-dən 120sm-ə qədər seçimi mümkündür.

size-guide-2

Məhsulun standart ölçüsü 13,3sm və 15sm olmaqla, qutu içində 4 ədəddir. 

Qutuya yalnız 60 sm-ə qədər enində olan məhsulların qoyulması mümkündür.

Xüsusiyyətlər Membran Alüminium folqa Saf Alüminium Saf Alüminium
Üst təbəqə qalınlığı 0,03 mm 0,05 mm 0,07 mm 0,22 mm
Dözümlülük müddəti 1 ildən 3 ilədək 3 ildən 5 ilədək 8 ildən 10 ilədək 13 ildən 15 ilədək
İstifadə sahəsi Qapalı Açıq, Qapalı Açıq, Qapalı Açıq, Qapalı
UV Davamlılığı Aşağı Orta Yüksək Yüksək
Yapışma gücü 250N / 5sm 250N / 5sm 250N / 5sm 250N / 5sm
Ağırlıq 1,55 kq / m2 1,55 kq / m2 1,55 kq / m2 1,55 kq / m2
Paketləmə növü Rulon Rulon Rulon Rulon
0
Məlumat
MİRİZOBANT

SAF ALÜMİNİUM TƏBƏQƏLİ İZOLYASİYA ÜSTÜNLÜKLƏRİ

  • Daha Uzunömürlülük
  • Daha Yüksək keyfiyyət
  • Oda davamlılıq
  • UV Şüalara qarşı
  • Rahat tədbiq
  • Möhkəm yapışqanlıq
  • Hər fəsilə uyğun

Mirizobant məhsulları bol çeşid və hər büdcəyə uyğun olmaqla yüksək keyfiyyət ilə hər sahəyə uyğun izolyasiya üçün əlverişlidir.

Mirizobant ilə izolyasiya daha rahatdır.

Saf Alüminium folqa səthli izobant
Xüsusiyyətləri
Marka

Mirizobant

Rəng

Alüminium

Eni

120SM

Rulon uzunluğu

10M

Üst təbəqə

Saf Alüminium

Üst təbəqə qalınlığı

0,22MM

Tərkibi

Bitum tərkibli yapışdırıcı qarışıq

Dözümlülük müddəti

13 ildən 15ilədək

Dözümlülük temperaturu aralığı

-30°C-dən +80°C-ə qədər

Qısa müddətli dözümlülük

+100°C-ə qədər

İstifadə mühiti

Açıq sahə

,

Qapalı sahə

UV davamlılığı

Yüksək səviyyədədir

Oda davamlılığı

Yüksək səviyyədədir

Texniki göstəricilər (TDS)

0,22 mm Saf Alüminium təbəqəli Polimer Bitum tərkibli yapışdırıcı qarışıqdan ibarət izolyasiya lentinin
Texniki göstəriciləri

1. İstilik və Soyuğa davamlılıq

• Dözümlülük temperaturu aralığı: -30°C-dən +80°C-ə qədər.

• Qısa müddətli dözümlülük: +100°C-ə qədər.

• Soyuğa davamlılıq: -30°C temperaturda material elastikliyini və yapışqanlığını saxlayır.

2. Çürümə və Qalıcılıq müddəti

• Dözümlülük müddəti: 13 ildən 15 ilədək (dəqiq qalıcılıq müddəti tətbiq mühitindən və şərtlərindən asılıdır).

• UV davamlılığı: Yüksək səviyyədədir. Günəşin birbaşa təsiri ilə istifadə zamanı əlavə qoruyucu tədbirlər tələb oluna bilər.

• Oda davamlılığı: Yüksək səviyyədədir. Saf Alüminium təbəqə yanmır, alışmır.

• Kimyəvi dayanıqlıq: Turşu və qələvi təsirlərinə qarşı yüksək müqavimət göstərir.

3. Yapışma və Soyulma xüsusiyyətləri

• Adheziya (yapışma gücü): 20-25 N/cm².

• Soyulma müqaviməti: Yüksəkdir və sınaqlarda uzun müddət dayanıqlıq nümayiş etdirir.

• Yapışqanlıq səviyyəsi: Çox güclü, bir çox səthlərlə (metal, beton, plastik və s.) mükəmməl uyğunlaşır.

4. Mexaniki xüsusiyyətlər

• Alüminium təbəqə qalınlığı: 0,22 mm.

• Mexaniki davamlılıq: Yırtılma və çatlama müqaviməti yüksəkdir.

• Dartılma müqaviməti: Alüminiumun 1050 növü və H0 möhkəmlik səviyyəsi sayəsində yüksək

dartılma müqaviməti göstərir.

5. Su və Hava keçirməzlik

• Tam su keçirməz: Yüksək rütubət və su ilə təmasda effektiv izolyasiya təmin edir.

• Hava keçirməz: Sıx örtük sistemi yaradaraq dam örtüyündə sızmanın qarşısını alır.

Əlavə Xüsusiyyətlər

• Tətbiq rahatlığı: Lent yüngül və elastik olduğu üçün tətbiqi çox asandır.

• Quraşdırma: Hər növ dam örtüyü materialına uyğun gəlir. İsti və soyuq şəraitdə tətbiq zamanı

yapışqanlıq xüsusiyyətlərini saxlayır.

• Ekoloji uyğunluq: Çox sərt ekoloji şəraitlərdə uzun müddət dayanıqlılıq göstərə bilər, lakin ekstremal UV təsirlərində qoruyucu qatların əlavə olunması tövsiyə olunur.

Bu texniki göstəricilər məhsulun tətbiq sahəsinə uyğun uzunmüddətli və effektiv istifadəsini təmin edir.
İstifadədən əvvəl istehsalçının texniki məlumat vərəqəsinə baxılması məsləhət görülür.

TDS YÜKLƏ: Mirizobant Texniki Göstəricilər