Saf Alüminium səthli izolyasiya (100sm)

0.07 mm qalınlığında və 100 sm enində saf alüminium səthli izolyasiya lenti, müxtəlif səthlərdə su və səs izolyasiyası üçün effektiv həll təqdim edir. Öz-özünə yapışan xüsusiyyəti sayəsində taxta, metal, plastik, şüşə, suvaq və beton kimi materiallara asanlıqla tətbiq edilə bilər. Günəşin zərərli ultrabənövşəyi şüalarına qarşı davamlıdır və elastikliyi sayəsində əyri səthlərə də uyğunlaşır. Yanğına qarşı yüksək davamlıdır. Yanmır, alışmır, Ərimir.
Standart ölçülərdə mövcuddur və müxtəlif rəng seçimləri ilə təqdim edilir.
Bu izolyasiya lenti, SBS (Sintetik Kauçuk) əsaslı bitumdan istehsal edildiyi üçün hər iqlim şəraitində elastikliyini qoruyur və çatlamır. Arxa tərəfi çıxarıla bilən PE film ilə örtülüdür, bu da tətbiqi asanlaşdırır. Məhsul, divarlar, parapetlər, baca dibləri, karnizlər, dam örtükləri və digər sahələrdə istifadə üçün uyğundur.

Əsasən metal dam örtükləri, Sendviç panellərdə yaranan su sızmalarının qarşısını almaq üçün və su sistemlərinin (novalçaların) izolyasiyası üçün istifadə edilir

Məhsul ölçü və həcm məlumatı

9003-15sm-ag-aliminiumfolqali-izobant-mirizobant

Məhsulun rulon uzunluğu 10 m, eni isə 5sm-dən 120sm-ə qədər seçimi mümkündür.

size-guide-2

Məhsulun standart ölçüsü 13,3sm və 15sm olmaqla, qutu içində 4 ədəddir. 

Qutuya yalnız 60 sm-ə qədər enində olan məhsulların qoyulması mümkündür.

Xüsusiyyətlər Membran Alüminium folqa Saf Alüminium Saf Alüminium
Üst təbəqə qalınlığı 0,03 mm 0,05 mm 0,07 mm 0,22 mm
Dözümlülük müddəti 1 ildən 3 ilədək 3 ildən 5 ilədək 8 ildən 10 ilədək 13 ildən 15 ilədək
İstifadə sahəsi Qapalı Açıq, Qapalı Açıq, Qapalı Açıq, Qapalı
UV Davamlılığı Aşağı Orta Yüksək Yüksək
Yapışma gücü 250N / 5sm 250N / 5sm 250N / 5sm 250N / 5sm
Ağırlıq 1,55 kq / m2 1,55 kq / m2 1,55 kq / m2 1,55 kq / m2
Paketləmə növü Rulon Rulon Rulon Rulon
0
Məlumat
MİRİZOBANT

SAF ALÜMİNİUM TƏBƏQƏLİ İZOLYASİYA ÜSTÜNLÜKLƏRİ

  • Daha Uzunömürlülük
  • Daha Yüksək keyfiyyət
  • Oda davamlılıq
  • UV Şüalara qarşı
  • Rahat tədbiq
  • Möhkəm yapışqanlıq
  • Hər fəsilə uyğun

Mirizobant məhsulları bol çeşid və hər büdcəyə uyğun olmaqla yüksək keyfiyyət ilə hər sahəyə uyğun izolyasiya üçün əlverişlidir.

Mirizobant ilə izolyasiya daha rahatdır.

Saf Alüminium folqa səthli izobant
Xüsusiyyətləri
Marka

Mirizobant

Rəng

Alüminium

Eni

100SM

Rulon uzunluğu

10M

Üst təbəqə

Saf Alüminium

Üst təbəqə qalınlığı

0,07MM

Tərkibi

Bitum tərkibli yapışdırıcı qarışıq

Dözümlülük müddəti

8 ildən 10 ilədək

Dözümlülük temperaturu aralığı

-30°C-dən +80°C-ə qədər

Qısa müddətli dözümlülük

+90°C-ə qədər

İstifadə mühiti

Açıq sahə

,

Qapalı sahə

UV davamlılığı

Yüksək səviyyədədir

Oda davamlılığı

Yüksək səviyyədədir

Texniki göstəricilər (TDS)

0,07 mm Saf Alüminium təbəqəli Polimer Bitum tərkibli yapışdırıcı qarışıqdan ibarət izolyasiya lentinin
Texniki göstəriciləri

1. İstilik və Soyuğa davamlılıq

• Dözümlülük temperaturu aralığı: -30°C-dən +80°C-ə qədər.

• Qısa müddətli dözümlülük: +90°C-ə qədər.

• Soyuğa davamlılıq: -30°C temperaturda material elastikliyini və yapışqanlığını saxlayır.

2. Çürümə və Qalıcılıq müddəti

• Dözümlülük müddəti: 8 ildən 10 ilədək (dəqiq qalıcılıq müddəti tətbiq mühitindən və şərtlərindən

asılıdır).

• UV davamlılığı: Yüksək səviyyədədir. Günəşin birbaşa təsiri ilə istifadə zamanı əlavə qoruyucu tədbirlər

tələb oluna bilər.

• Oda davamlılığı: Yüksək səviyyədədir. Saf Alüminium təbəqə yanmır, alışmır.

• Kimyəvi dayanıqlıq: Turşu və qələvi təsirlərinə qarşı orta müqavimət göstərir.

3. Yapışma və Soyulma xüsusiyyətləri

• Adheziya (yapışma gücü): 20-25 N/cm².

• Soyulma müqaviməti: Dam örtüyü materiallarında (beton, metal, ağac, plastik və s.) yaxşı nəticə verir

və uzun müddət ərzində soyulma müşahidə edilmir.

• Yapışqanlıq səviyyəsi: Nəm səthlərdə də effektivdir, lakin quru və təmiz səthlərdə optimal nəticə

təmin edir.

4. Mexaniki xüsusiyyətlər

• Alüminium təbəqə qalınlığı: 0,07 mm — daha nazik olduğuna görə yüksək elastiklik təmin edir,

mürəkkəb səthlərə daha asan uyğunlaşır.

• Mexaniki davamlılıq: Yüksək yırtılma və çatlama müqaviməti nümayiş etdirir.

• Dartılma müqaviməti: Orta dərəcədədir, həddindən artıq mexaniki stressdən qorunmalıdır.

5. Su və Hava keçirməzlik

• Tam su keçirməz: Yüksək rütubət və su ilə təmasda effektiv izolyasiya təmin edir.

• Hava keçirməz: Sıx örtük sistemi yaradaraq dam örtüyündə sızmanın qarşısını alır.

Əlavə Xüsusiyyətlər

• Tətbiq rahatlığı: Lent yüngül və elastik olduğu üçün tətbiqi çox asandır.

• Quraşdırma: Hər növ dam örtüyü materialına uyğun gəlir. İsti və soyuq şəraitdə tətbiq zamanı

yapışqanlıq xüsusiyyətlərini saxlayır.

• Ekoloji uyğunluq: Çox sərt ekoloji şəraitlərdə uzun müddət dayanıqlılıq göstərə bilər,

lakin ekstremal UV təsirlərində qoruyucu qatların əlavə olunması tövsiyə olunur.

Bu texniki göstəricilər məhsulun tətbiq sahəsinə uyğun uzunmüddətli və effektiv istifadəsini təmin edir.
İstifadədən əvvəl istehsalçının texniki məlumat vərəqəsinə baxılması məsləhət görülür.

TDS YÜKLƏ: Mirizobant Texniki Göstəricilər