Saf alüminium səthli izoband – istilik və su izolyasiyası üçün yüksək keyfiyyətli həll. Uzunmüddətli davamlılıq, əla yapışma və müxtəlif tətbiq sahələri üçün ideal seçim.
0.22mm qalınlığında və 120sm enində saf alüminium səthli izolyasiya lenti, müxtəlif səthlərdə su və səs izolyasiyası üçün effektiv həll təqdim edir. Öz-özünə yapışan xüsusiyyəti sayəsində taxta, metal, plastik, şüşə, suvaq və beton kimi materiallara asanlıqla tətbiq edilə bilər. Günəşin zərərli ultrabənövşəyi şüalarına qarşı davamlıdır və elastikliyi sayəsində əyri səthlərə də uyğunlaşır. Yanğına qarşı yüksək davamlıdır, Alışmır, Ərimir.
Standart ölçülərdə mövcuddur və müxtəlif rəng seçimləri ilə təqdim edilir.Bu izolyasiya lenti, SBS (Sintetik Kauçuk) əsaslı bitumdan istehsal edildiyi üçün hər iqlim şəraitində elastikliyini qoruyur və çatlamır. Arxa tərəfi çıxarıla bilən PE film ilə örtülüdür, bu da tətbiqi asanlaşdırır. Məhsul, divarlar, parapetlər, baca dibləri, karnizlər, dam örtükləri və digər sahələrdə istifadə üçün uyğundur.